Nelson Valdes yeni kluba keçəcək
"Valensiya"nın hücumçusu Nelson Valdes "Əl-Cəzirə" klubuna keçəcək.

İdman.com.az saytı Football İtalia saytına istinadən xəbər verir ki, 29 yaşlı hücumçu ispan klubunu artıq tərk edib. İdmanşı hətta öz yeni komandasına qoşulmaq üçün Əbu-Dabiya gedib.

Qeyd edək ki, bu transfer "Əl-Cəzirə" klubuna 3 milyon avroya başa gələcək.

Xəbər 738 dəfə oxundu.