Birinci Dünya Futbol Kuboku yarışının bağlanış mərasimi keçirilib
İyulun 15-də Bakıda Beynəlxalq Hərbi İdman Şurasının hərbçilər arasında birinci Dünya Futbol Kuboku yarışının bağlanışına həsr olunmuş təntənəli mərasim keçirilib.

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində keçirilən mərasimdə Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev, Beynəlxalq Hərbi İdman Şurasının prezidenti Hamad Kalkaba iştirak ediblər.

Əvvəlcə Dünya Futbol Kubokunu idarə edən hakimlərə xatirə medalları təqdim olunmuşdur.
Qalib komanda olan İraq yığmasına isə yarışın keçici kuboku verilib.
Sonra Beynəlxalq Hərbi İdman Şurasının bayrağı endirilib.
Bayraq Beynəlxalq Hərbi İdman Şurasının prezidenti Hamad Kalkabaya təqdim olunub.

Tədbirdə çıxış edənlər bildirmişlər ki, Bakıda hərbçilər arasında birinci Dünya Futbol Kuboku yarışı yüksək səviyyədə təşkil olunmuş, turnirdə layiqli komanda qalib olub.
Beynəlxalq Hərbi İdman Şurasının hərbçilər arasında birinci Dünya Futbol kuboku yarışında, ümumilikdə, 16 dövlətin futbol komandası mübarizə aparıb.

Xəbər 699 dəfə oxundu.