“Bavariya” Alkantaranı transfer edib
Almaniyanın “Bavariya” klubu daha əvvəl “Barselona”dan ayrılmaq istədiyini bildirən Tiaqo Alkantaranı heyətinə cəlb edib. Münhen təmsilçisinin baş məşqçi Qvardiolanın israrla istədiyi Alkantaranı transfer edib.

Mövsüm bitməmiş “Borussiya Dortmund”dan Mario Qötzeni 37 milyon avroya heyətinə qatan Münhen klubu yarımmüdafiəçi üçün kataloniyalılara 20 milyon avro ödəyəcək.

Xəbər 824 dəfə oxundu.