Con Toşak açıqlama verdi
"Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak Türkiyənin “Cihan” agentliyinə açıqlama verib. Uelsli mütəxəssis müsahibəsində ilk öncə Avroliqanın II təsnifat mərhələsində qarşılaşacaqları Hayfa "Makkabi"si haqda söz açıb: "İsrailə səfər öncəsi komandada müəyyən problemlər var. Futbolçular oyuna tam hazır deyil. Buna da səbəb mövsümün yenicə bitməsidir. Ancaq səfərdə uğurlu nəticə qazana bilsək, öz meydanımızda möhtəşəm azarkeş dəstəyi ilə mərhələni keçə biləcəyik”.

Bir vaxtlar “Beşiktaş”ın baş məşqçisi olmuş Toşak “Xəzər Lənkəran”ın iyulun 21-də “Fənərbaxça” ilə keçirəcəyi yoldaşlıq görüşünə çox ciddi hazırlaşdığını söyləyib: ”Qalatasaray” özəl, “Fənərbaxça” gözəl komandadır, amma ən böyük “Beşiktaş”dır. Bir vaxtlar “Beşiktaş”da çalışdığım üçün xoşbəxtəm. “Real”dan təklif almasaydım, Türkiyədə daha çox qalmaq istəyərdim”.

Xəbər 750 dəfə oxundu.