"Rəvan” ilk mərhələni geridə qoydu | |
"Rəvan” yeni mövsümə hazırlıq çərçivəsində ilk mərhələni geridə qoyub. Dünən sadəcə, oyunsonrası bərpaedici proseslər həyata keçirilib. Bu gün isə "Rəvan” hazırlığın ikinci mərhələsi çərçivəsində Sloveniyaya yollanacaq. Bakı - Vyana - Maribor marşrutu ilə hərəkət edəcək komanda Bakıdan Avstriyanın paytaxtına təyyarə ilə, ordan Sloveniyanın adıçəkilən şəhərinə isə avtobusla yollanacaq. Mariborda komanda üzvləri "Draş Hotel”də qalacaq. Komanda Maribor toplanışı çərçivəsində 3 yoxlama oyunu keçirməyi nəzərdə tutub. Toplanış ayın 26-na qədər olacaq. İyulun son, avqustun ilk günlərində isə hazırlığın sonuncu mərhələsi olacaq. Komanda həmin müddətdə yenə Bakıda hazırlığını davam etdirəcək. |
|
Xəbər 893 dəfə oxundu. |
|
|