Gənclər və İdman Nazirliyinin idman bülleteninin iyul sayı nəşr olunub
“Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi” idman bülleteninin iyul sayı işıq üzü görüb. Bülletenin bu sayında Azərbaycan Respublikası Prezidentinin son 2 ayda bədən tərbiyəsi və idmanla bağlı imzaladığı sərəncamları, qəbulları, İmişli Olimpiya İdman Kompleksinin və Ağcabədidə şahmat məktəbinin açılış, Bakıda Olimpiya stadionunun təməlqoyma mərasimləri, ulu öndər Heydər Əliyevin xatirə turnirləri, Gənclər və İdman Nazirliyinin idman sahəsindəki fəaliyyəti, Balaxanı və Binə qəsəbələrində idman mərkəzlərinin istifadəyə verilməsi, may və iyun aylarının idman uğurları və digər maraqlı məlumatlar yer alıb.

Xəbər 1315 dəfə oxundu.