"Mançester Siti"nin növbəti transfer hədəfi
"Mançester Siti"nin növbəti transfer hədəfi bəlli olub. "Şəhərlilər" İsveç millisinin və PSJ-nin hücumçusu Zlatan İbrahimoviçi heyətinə qatmaq istəyir. "Mançester Siti"nin yeni baş məşqçisi Manuel Pelleqrini də isveçli forvardın xidmətində maraqlı olduqlarını bəyan edib. İbrahimoviçin "Real"a keçəcəyi də istisna edilmir.

Xatırladaq ki, son mövsümü PSJ-də keçirən İbra Fransa çempionatında meydana çıxdığı 34 oyunda 30 qol vurub.

Xəbər 692 dəfə oxundu.