Boksçularımız Umaxanovun xatirə turnirində

Rusiyanın Mahaçqala şəhərində Məhəmmədsalam Umaxanovun xatirəsinə ənənəvi boks turnirinə start verilib. Əli Əliyev adına İdman Sarayında təşkil edilən yarışında Azərbaycan, Braziliya, Almaniya, İran, Qazaxıstan, Kipr, Kuba, Polşa, Özbəkistan və Estoniya komandaları iştirak edirlər. Rusiya bu sınaqda geniş tərkibli heyətlə qatılıb. 10 çəki dərəcəsi üzrə keçirilən turnirdə 80-dən çox rinq ustası iştirak edir. Yığmamız Mahaçqalada WSB liqasında «Baku Fires» klubunun heyətində mübarizə aparmış Məhəmməd Abdulhəmidov, Soltan Migitinov, Məhəmmədrəsul Məcidov, Abdulqədir Abdullayev və Ramazan Məhəmədovlə təmsil olunur. Yarışa iyulun 16-da yekun vurulacaq.

Xəbər 1161 dəfə oxundu.