Millimiz Kazan Universiadasının medal sıralamasında 27-ci yerdədir
Tatarıstanın paytaxtı Kazanda 27-ci Dünya Universiadası davam edir.

Hesabında 1 qızıl, 2 gümüş və 1 bürünc medal olan Azərbaycan millisi 170 ölkə arasında 27-ci pillədə qərarlaşıb. Bu göstərici ilə Azərbaycan Macarıstan, İtaliya, Meksika, Niderland, Ermənistan, Yeni Zelandiya və s. ölkələri qabaqlayıb.

Qeyd edək ki, milli komandamızın heyətində ağırlıqqaldıranlarımız Firudin Quliyev qızıl və Kristina İova gümüş medala sahib olmuşlar. Digər gümüş medalı yığmamıza kəmər güləşi yarışlarda çıxış etmiş Ülviyyə Kərimova qazandırmışdır. Cüdoçumuz Məmmədəli Mehdiyev isə Universiadanı üçüncü pillədə başa vurub.

Medal hesabında Universiadaya Rusiya liderlik davam etdirir. Meydan sahiblərinin aktivində 138 medal (72-35-31) vardır.

Yaponiya 42 medalla (12-13-17) ikinci, Koreya Xalq Respublikası isə 26 medalla (12-6-8) üçüncüdür.

Universiadaya iyulun 17-də yekun vurulacaq.

Xəbər 716 dəfə oxundu.