Yığmamız UEFA reytinqində bir pillə irəliləyib
Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunlarının bəzilərinin yeri dəyişdirilib. Iyulun 18-də Bakıda 2 qarşılaşma keçirilməli olduğundan bu matçların da biri ilə bağlı qərar verilib.

Həmin gün “İnter” Norveç “Tromse”sini, “Qarabağ” Polşa “Pyast”ını qəbul etməli idi. Üstəlik bundan 1 gün əvvəl Çempionlar liqasının II təsnifat mərhələsində “Neftçi” Albaniya “Skenderbeu”sunu qəbul edəcək.

Bütün bunlara əssən Avropa Liqasındakı oyunlarımızdan birinin yerinin dəyişdiriləcəyini gözləmək mümkün idi. Elə UEFA-da Bakı stadionlarınmı nəzərə alaraq müvafiq addım atıb. Belə ki, “İnter” ilk matçını Norveçdə keçirəcək. Dünən Finlandiyada “Mariehamn”ı udan təmsilçimiz növbəti cümə axşamı Skandinaviyanın digər ölkəsində meydana çıxacaq.

Xəbər 697 dəfə oxundu.