“Fluminense” klubu yeni müqavilə imzalayıb
“Fluminense” klubu yeni müqavilə imzalayıb. Anlaşmaya görə, komanda daha 35 il ev oyunlarını “Marakana” stadionunda keçirəcək. Braziliyanın daha iki klubu “Botafoqo” və “Flamenqo”nun da eyni anlaşmaya qol çəkəcəyi bildirilir.

Qeyd edək ki, bu il Konfederasiyalar Kubokunun Brazliya – İspaniya final matçı (3:0) da dünyanın ən böyük stadionlarından olan “Marakana”da baş tutub. Üstəlik, bu arena gələn il Braziliyada keçiriləcək dünya çempionatının da həlledici oyununu qəbul edəcək.

Xəbər 697 dəfə oxundu.