Serkan Erdoğan yeni klubda
Basketbolda transfer işləri sürətlə davam etməkdədir.

İdman.com.az saytının məlumatına görə, "Royal Halı Qaziantəpə Böyükşəhər Bələdiyyəspor" klubu yeni transferini həyata keçirib. Klub "Banvit" dən yeni ayrılan təcrübəli oyunçu Serkan Erdoğanı komandasına qatıb. Yeni komandası ilə 2 illik müqavilə imzalayan təcrübəli oyunçu imza mərasimində iştirakı zamanı mətbuata açıqlama verib. Açıqlamasında 35 yaşlı basketbolçu yeni komandasını liqanın üstün sıralarına gətirəcəyinə söz verib.

Aynurə

Xəbər 1053 dəfə oxundu.