Qadın taekvondoçularımız Koreyaya yollanıblar

London olimpiadasına vəsiqə qazanan Fəridə Əzizova, eləcə də qadınlardan ibarət seçmə komandanın digər 3 üzvü – Günay Ağakişiyeva, Səbinə Mikayılova və Türkanə Tahirli bu günlərdə Koreyaya yola düşüblər. Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətindən yayılan məlumata görə, milli komandanın baş məşqçisi Sun Mi Parkın rəhbərliyi ilə xanım taekvondoçularımız müxtəlif şəhərlərdə təlim-məşqlər və təcrübəli yerli idmançılarla yoxlama görüşləri keçirəcəklər. Səfər planında müəyyən müddətlik istirahət və balans məşqləri də nəzərə alınıb.
Bundan başqa, idmançılarımız 14-19 iyul tarixlərində Çunçon şəhərində açıq turnirdə çıxış edəcəklər. Taekvondoçularımız avqustun 5-də Vətənə dönəcəklər.

Xəbər 1221 dəfə oxundu.