“İnter” Avropa Liqasının ikinci təsnifat mərhələsində
İyulun 11-də Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Azərbaycanın “İnter” futbol komandası növbəti oyununa çıxıb.

Komandamızın rəqibi Finlandiya təmsilçisi “Mariehamn” olub.
Finlandiyanın Mariehamn şəhərindəki “Wiklöf Holding Arena” stadionunda keçən oyunda “İnter” rəqib komandanın qapısından iki cavabsız top keçirib. Görüşdə Bakı təmsilçisinin heyətində Baçana Sxadadze və Vaqif Cavadov fərqləniblər.

Komandalar arasında keçirilən ilk oyunda qalib müəyyənləşməyib – 1:1. İki oyunun nəticəsinə əsasən “İnter” komandası Avropa Liqası yarışlarının ikinci təsnifat mərhələsinə yüksəlib.

Xəbər 642 dəfə oxundu.