Hayle İbrahimov uğurla çıxış edib
Tatarıstanın paytaxtı Kazanda 27-ci Dünya Universiadası davam edir.
5 min metr məsafəyə qaçış yarışlarında ölkəmizi təmsil edən Hayle İbrahimov uğurla çıxış edib.

Təsnifat mərhələsində bütün rəqiblərini qabaqlayan atletimiz 5 min metr məsafəni 13 dəqiqə 50 saniyəyə qət edib. Bu göstərici ilə H.İbrahimov Kazan Universiadasının finalına yüksəlib.

Final qaçışı iyulun 12-də keçiriləcək.


Xəbər 660 dəfə oxundu.