FİDE “Qran-pri” mərhələsinin beşinci turnirində
Pekində kişilər arasında şahmat üzrə FİDE “Qran-pri” mərhələsinin axırıncı beşinci turniri davam edir.

Turnirin 7-ci turunda ölkəmizi təmsil edən qrossmeyster Şəhriyar Məmmədyarov ağ fiqurlarla sabiq dünya çempionu Veselin Topalov (Bolqarıstan) ilə qarşılaşacaq.

Turnirdə dünyanın 12 güclü beynəlxalq qrossmeysterləri -Sergey Karyakin (Rusiya), Veselin Topalov (Bolqarıstan), Aleksandr Morozeviç (Rusiya), Peter Leko (Macarıstan), Gata Kamski (ABŞ), Anish Giri (Niderland), Boris Gelfand (İsrail), Vasili İvançuk (Ukrayna), Hao Vang, Yue Vang (hər ikisi Çin) və təmsilçimiz Şəhriyar Məmmədyarov qələbə uğrunda mübarizə aparırlar.

İyulun 17-də başa çatacaq turnir 11 turdan ibarətdir.

Xəbər 1115 dəfə oxundu.