Universiada-2013: Sərbəst güləş üzrə yarışlar başlayır
Rusiyanın Kazan şəhərində keçirilən Tələbələrin 27-ci Ümumdünya Universiadasında güləş yarışları start götürüb.

Proqrama əsasən, yarışların ilk günündə 55, 66, 84 və 120 kq çəkidə sərbəst güləş üzrə müsabiqələr keçiriləcək.

Yaşar Əliyev mübarizəyə 1/8 finaldan qoşulacaq. Onun rəqibi ABŞ təmsilçisi Niko Megaludis olacaq. Ağahüseyn Mustafayev ilk görüşdə Türkiyə güləşçisi Mustafa Kaya ilə qarşılaşacaq. Aleksandr Qostiyev isə mübarizəyə 1/16 finaldan başlayacaq. Onun rəqibi alman Karsten Kopp olacaq. Cəmaləddin Məhəmmədovun 1/8 finalda rəqibi yapon güləşçisi Tomoyuki Oka olacaq.

Qeyd edək ki, sərbəst güləş yarışlarında baş məşqçi Maqomed Aliomarov və böyük məşqçi Firdovsi Umudovun başçılığı altında ölkəmizi Yaşar Əliyev (55 kq), Hacı Əliyev (60 kq) Ağahüseyn Mustafayev (66 kq), Cəbrayıl Həsənov (74 kq), Aleksandr Qostiyev (84 kq), Hacı Şərifov (96 kq) və Cəmaləddin Məhəmmədov(120 kq) təmsil edir.

Xəbər 1186 dəfə oxundu.