«Qarabağ» bu gün ilk məşqinə çıxacaq

Dünən səhər saatlarında paytaxtı tərk edən «Qarabağ» Bakı – İstanbul – Kopenhagen - Torşavn reysi ilə hərəkət edərək, uzun sürən yolçuluqdan sonra nəhayət, Farer adalarına çatıb. Ağdam klubu ilk məşqinə bu gün çıxacaq. Hazırlıq Bakı vaxtı ilə 18:00-da komandamızın görüşü keçirəcəyi «Qundadalur» stadionunda olacaq. «Ağ-göylər»in son məşqi oyunqabağı təsaduf edəcək.
Xatırladaq ki, «Streymur» - «Qarabağ» qarşılaşması iyulun 14-ü 23:00-da baş tutacaq.

Xəbər 1027 dəfə oxundu.