Kubok uğrunda mübarizə davam edir
Rumıniya Super Kuboku uğrunda oyun keçirilib. Fanat.az xəbər verir ki, həlledici görüşdə Elhad Nəzirinin çıxış etdiyi “Petrolul” “Styaua” ilə qarşılaşıb.

“Styaua” son mövsümdə Rumıniya çempionluğunu qazanıb, “Petrolul” isə ölkə kubokunun qalibi olub. Oyuna gəlincə, qarşılaşma “Stayaua”nın 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. “Petrolul”dan Manasse Yamissi 28-ci dəqiqədə qırmızı vərəqə alıb.

Qeyd edək ki, “Petrolul” tarixində heç vaxt Super Kuboka sahib çıxmayıb. Sonuncu dəfə 1995-ci ildə Rumıniya kubokunu qazanaraq Super Kubok matçında iştirak edən Elhadın komandası həlledici matçda məhz bu rəqibə uduzub. “Styaua” isə tarixi ərzində 6-cı dəfə (1994, 1995, 1998, 2001, 2006, 2013) Super Kubokun qalibi olub, daha üç görüşdə məğlubiyyətlə barışıb.

Xəbər 752 dəfə oxundu.