“Rubin” məğlub oldu
Azərbaycan milli komandasının üzvü Ruslan Abışovun şərəfini qoruduğu “Rubin” Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyununu keçirib. Kazan təmsilçisi Ukraynanın “Metallits” (Xarkov) klubu ilə qarşılaşıb. Abışovun fasilədən dərhal sonra meydana çıxdığı görüşdə “Rubin” məğlub olub – 0:1.

Qeyd edək ki, Tatarıstan klubu bundan əvvəl Sloveniya “Triqlav”ına qalib gəlsə (2:0) də, Rumıniya “Çahleul”una uduzub (1:2).

Xəbər 712 dəfə oxundu.