Ərəblər Ronaldinyunu istəmədilər
Birləşmiş Ərəb Əmirliklərinin «Əl-Şabab» komandası braziliyalı ulduz Ronaldinyunu almaqdaq imtina edib. İdman.com.az saytı xəbər verir ki, bir neçə həftə öncə ərəb klubunun vitse-prezidenti Xalid Bu Xumaid braziliyalını almağa 50 faiz şanslarının olduğunu söyləmişdi.

«Əl-Şabab»ın nümayəndələri artıq Ronaldinyunun agentini evə göndəriblər. Ərəblər bu qərarlarını belə açıqlayıblar: «Əvvəla, biz Ronaldinyu yüksək qiymətinə görə almaq istəmirik. İkincisi, əgər onu «Barselona»da nəzarətə ala bilmədilərsə, Dubayda heç alınmayacaq».

Xəbər 887 dəfə oxundu.