«Qalatasaray» İngiltərə yolunda
Bir həftədi İstanbulda çalışan «Qalatasaray» indi İngiltərənin Birmingem şəhərinə təlim-məşqlər üçün yollanır. İdman.com.az saytı xəbər verir ki, komanda orada iyulun 13-də «Suindon Taun», 16-da isə «Notts Kaunti» ilə qarşı-qarşıya gələcək. Bu matçın ardından da həmin gecə İstanbula dönəcək.

«Qalatasaray» iyulun 21-də İzmirdə daha sonra müəyyən olunacaq bir rəqiblə qarşılaşacaq. İstanbul klubu bir gün sonra təlim-məşqlərinin ikinci mərhələsi üçün Slovenyanın Bled şəhərinə yollanacaq. Komanda iyulun 28-ə qədər burada qalacaq və Bleddəki son günündə bir hazırlıq matçı oynayacaq.

«Qalatasaray» yeni mövsüm qabağı son xarici hazırlıq məşqləri üçün avqustun 2-də İngiltərənin paytaxtı Londona yola düşəcək və orada «Arsenal»ın ev sahibliyi ilə təşkil ediləcək «Emirates» Kubokuna qatılacaq. Türk klubu Londonda «Portu» və «Arsenal»la qarşılaşacaq. «Arsenal»la matçının ardından isə İstanbula dönərək, avqustun 11-də «Fənərbağça» ilə oynayacağı Superkubok matçının hazırlıqlarına başlayacaq.

Xəbər 914 dəfə oxundu.