Bu gün Rumıniya Super Kuboku uğrunda oyun keçiriləcək
Bu gün Rumıniya Super Kuboku uğrunda oyun keçiriləcək.

Həlledici görüşdə Elhad Nəzirinin çıxış etdiyi “Petrolul” “Styaua” ilə qarşılaşacaq. “Styaua” son mövsümdə Rumıniya çempionluğunu qazanıb, “Petrolul” isə ölkə kubokunun qalibi olub.

Sonda onu da xatırladaq ki, “Petrolul” tarixində heç vaxt Super Kuboka sahib çıxmayıb. Sonuncu dəfə 1995-ci ildə Rumıniya kubokunu qazanaraq Super Kubok matçında iştirak edən Elhadın komandası həlledici matçda bu günkü rəqibinə uduzub. “Styaua” isə tarixi ərzində 5 dəfə (1994, 1995, 1998, 2001, 2006) Super Kubokun qalibi olub, daha üç görüşdə məğlubiyyətlə barışıb.

Xəbər 650 dəfə oxundu.