Morqan de Sanktisin "Roma"ya keçə bilər
"Napoli" Braziliya millisinin və KPR-in qapıçısı Julio Sezarı heyətinə qatmağa yaxındı. 33 yaşlı qolkiper qarşıdakı mövsümü icarə əsasında Neapol klubunda keçirəcək.

Qeyd edək ki, "Napoli"nin əsas qapıçısı Morqan de Sanktisin "Roma"ya keçəcəyi gözlənilir. Julio Sezarla isə "Arsenal" klubu yaxından maraqlanırdı. Lakin o karyerasını İtaliyada davam etdirməyə qərar verib.

Xəbər 662 dəfə oxundu.