Güləşçilərimiz çempionatı uğurla başa vurublar
Makedoniyanın Skopye şəhərində keçirilən gənclər arasında Avropa çempionatını Azərbaycan güləşçiləri uğurla başa vurublar.

İyulun 10-da güləşçilərin mükafatlandırılması mərasimi keçirilib.
Çıxış edənlər ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışmış, güləşçilərimizin qazandığı nailiyyəti yüksək qiymətləndiriliblər.

Qeyd edək ki, çempionatda 1 qızıl, 3 gümüş və 2 bürünc medal qazanan sərbəst güləşçilərimiz komanda hesabında 57 xalla Avropa birincisi olublar. İkinci sırada Rusiya (53 xal), üçüncü sırada isə Türkiyə (52 xal) qərarlaşıblar.

Avropa çempionatını 2 qızıl medalla başa vuran qadın güləşçilərimiz komanda hesabında 4-cü pillədə qərarlaşmışlar. Ümumilikdə, 1 qızıl, 1 gümüş və 3 bürünc medal qazanan yunan-Roma güləşçilərimiz komanda hesabında 52 xalla ikinci olublar.

Xəbər 661 dəfə oxundu.