Abdullayev baş məşqçi kimi rəsmən təqdim olundu
İyulun 9-da Şərur Olimpiya İdman Kompleksində “Araz” Peşəkar Futbol Klubunun peşəkar oyunçularla müqavilə bağlanması mərasimi keçirilib. Mərasimdə klubun icraçı direktoru Orxan Cabbarov Muxtar respublikada futbola olan diqqət və qayğıdan danışıb, klubun yaradılmasının futbol azarkeşlərinin sevincinə səbəb olduğunu bildirib. Sonra klubun baş məşqçisi Əsgər Abdullayev media nümayəndələrini maraqlandıran sualları cavablandırıb. Hazırlıqların proqram əsasında davam etdirildiyini bildirən baş məşqçi klubun heyətinin tamamilə azərbaycanlı futbolçulardan ibarət olduğunu bildirib: “Naxçıvanda idmana, eyni zamanda futbola olan münasibət ən yüksək səviyyədədi. Burada yaradılmış idman infrastrukturu imkan verir ki, məşqlərimiz lazımi səviyyədə keçsin”.

Tədbir gedişatında oyunçularla müqavilə imzalandıqdan sonra klubun icraçı direktoru Orxan Cabbarov 85 nömrəli rəmzi formanı baş məşqçiyə təqdim edib.

Xəbər 652 dəfə oxundu.