Universiadada iştirak edən şahmatçılarımızın rəqibləri müəyyənləşib
Tatarıstanın Kazan şəhərində 27-ci Dünya Yay Universiadası davam edir.
Şahmat yarışlarına ölkəmizi təmsil edən idmançıların rəqibləri müəyyənləşib.

Belə ki, şahmatçımız Nicat Abbasov Li Çao (Çin), Zaur Məmmədov Robert Ovanisyanla (Ermənistan), Bəhruz Rzayev Ma Kuinla (Çin), Vasif Dürarbəyli Tiberiu Qeorqeksla (Rumıniya), Türkan Məmmədyarova Bathuaq Munquntulla (Monqolustan), Nərgiz Umudova Anastasiya Savina ilə (Rusiya), Nərmin Kazımova Tuvşintuqs Batçimeqla (Monqolustan), Nərmin Xəlilova isə Ayjarkın Çingiz qızı (Qırğızıstan) ilə qarşılaşacaq.

Universiadada şahmat yarışlarına iyulun 15-də yekun vurulacaq.

Xəbər 782 dəfə oxundu.