İspanlar ilk mərhələni uğurla keçiblər
«Barselona» rəhbərliyi Fransanın PSG klubunun müdafiəçisi Tyaqo Silva ilə razılıq əldə edib. İspanlar klubla danışıqlara başlamazdan əvvəl ilk mərhələni uğurla keçiblər. Hazırda söhbət 5 illik müqavilədən gedir.Danışıqlar zamanı həm futbolçu, həm də Barselona tərəfindən qarşılıqlı güzəştlər olub.Əsas çətinlik isə PSG ilə razılıq əldə etməkdir.Belə ki, nə klub rəhbərliyi, nə də Loran Blan müdafiəçini buraxmaq fikrində deyil.Buna baxmayaraq Barselona cəhdlərini davam etdirəcək.Burada hər şey Tyaqo Silvanın PSG rəhbərliyinə qarşı münasibətindən asılıdır.Ancaq Karlo Ançelottini itirən PSG-nin növbəti itkiyə razı olacağı inandırıcı görünmür.

Xəbər 897 dəfə oxundu.