“Neftçi” – “Terek” oyununda hesab açılmadı
Avstriyada təlim-məşq toplanışını davam etdirən Bakının “Neftçi” futbol komandası hazırlıq prosesi çərçivəsində beşinci yoxlama oyununu keçirib.

Azərbaycan çempionu bu dəfə Rusiyanın “Terek” komandası ilə qarşılaşıb.

Qarşılıqlı hücumlar şəraitində keçən görüşdə hesab açılmayıb.

Qeyd edək ki, “Neftçi” bundan əvvəl Rusiyanın “Volqa” komandası ilə qarşılaşmada 0:1 hesabı ilə məğlub olub, Almaniyanın “Wacker Burghausen” kollektivinə qalib gəlib - 3:0. Bu ölkənin digər təmsilçisi “Energie Cottbus”a 0:2 hesabı ilə uduzan Azərbaycan çempionu son olaraq Hayfa “Makkabi”si (İsrail) ilə görüşdən məğlub ayrılıb – 0:3.

Xəbər 672 dəfə oxundu.