“Ajaria Gold Cup” beynəlxalq turniri
İyulun 10-da Gürcüstanın Batumi şəhərində çimərlik futbolu üzrə “Ajaria Gold Cup” beynəlxalq turniri başlayacaq.

Azərbaycanı beynəlxalq turnirdə “Bakı” və “Azçiken” klubları təmsil edəcəklər.

Turnirdə Gürcüstan yığması, “Beşiktaş” (Türkiyə), BATE (Belarus), “Udinese” (İtaliya), “Hapoel” (İsrail) və “Ternopol” (Ukrayna) kollektivləri də iştirak edəcəklər.


Xəbər 800 dəfə oxundu.