Laşa Salukvadze oyuna hazırlaşır
Gürcüstan milli komandasının sabiq üzvü, “Rubin”in heyətində ikiqat Rusiya çempionu olmuş, “İnter”İn yeni transferi Laşa Salukvadzenin zədələndiyini xəbər vermişdik. Yayılan məlumata görə, məhz zədəli olduğu üçün baş məşqçi Kaxaber Sxadadze onu komandadan qovub.

Məsələ burasındadır ki, Laşanın yüngül zədəsi var. Və onun “Mariehamn”la sabah Finlandiyada keçiriləcək cavab oyununda iştirak etməsində heç bir problem yoxdur. Laşa hazırda Finlandiyada olan komandanın düşərgəsindədir və oyuna hazırlaşır.

Qeyd edək ki, 32 yaşlı Laşa “Dinamo”, “Rubin”, “Volqa” kimi tanınmış klubların uğurları üçün çalışıb.

Xəbər 736 dəfə oxundu.