“İnter” klubu ilk məşqinə çıxdı
Dünən Finlandiyaya gedən “İnter” klubu elə həmin gün ilk məşqinə çıxıb. Finlandiya təmsilçisinə qarşı keçirilən ilk oyunda zədə alan Asif Məmmədov da məşq edənlər arasında olub.

Amma onun durumu hər kəsi məyus edib. Məşq zamanı ayağında ağrılar hiss edən Asif tam gücü ilə hazırlaşa bilməyib. Məşqdən sonra həkimlər onu müayinə ediblər. Və məlum olub ki, Asifin sabahkı oyunda meydançaya çıxmaq şansı cəmi 1 faizdir. Bunu Futbol11.az saytına açıqlamasında oyunçunun özü də təsdiqləyib. Futbolçu bildirib ki, “Mariehamn”a qarşı oynamayacağı demək olar ki, dəqiqləşib. Sadəcə, bugünkü testdən sonra daha konkret bir şey məlum olacaq.

Qeyd edək ki, Məmmədovun yoxluğu “İnter” üçün böyük itkidir.

Xəbər 841 dəfə oxundu.