"Sumqayıt" gənc müdafiəçisindən əlini üzməli olacaq
Böyük ehtimalla "Sumqayıt" gənc müdafiəçi Slavik Alxasovdan əlini üzməli olacaq. Ötən mövsümü icarə əsasında Sumqayıt klubunda keçirən Alxasov hazırda məxsus olduğu "Neftçi" ilə birgə Avstriyada təlim-məşq toplanışındadır.

"Sumqayıt" futbolçunu yenidən icarəyə götürəcəyinə dair olan ümidini itirməsə də bizdə olan məlumata görə, paytaxt klubu Alxasovun adını Çempionlar Liqasının və növbəti mövsüm Topaz Premyer Liqasının sifariş ərizəsinə daxil edəcək. Bu isə o deməkdir ki, "Sumqayıt" Alxasovdan əlini üzməlidir.

Xəbər 683 dəfə oxundu.