“Simurq” komandası Türkiyə toplanışını başa vurdu
Türkiyədə təlim-məşq toplanışında olan Zaqatalanın “Simurq” komandası sonuncu yoxlama oyunun keçirib.

Yenidən Gürcüstanın “Dila” komandası ilə qarşılaşan “Simurq” qarşılaşmanın ilk hissəsində 1:0 hesabı ilə məğlub olsa da, sonda bərabərlik qolunu vura bilib. Matçın 75-ci dəqiqədə İlkin Qırtımovun sağ cinahdan etdiyi asma cərimə meydançasında rəqibin əlinə dəymiş və görüşün baş hakimi penalti təyin edib. Rəşad Eyyubov on bir metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib.

Beləliklə, oyun heç-heçə yekunlaşıb – 1:1.

Bu matçla “Simurq” təlim-məşq toplanışının ikinci mərhələsini başa vurub. Türkiyədəki hazırlıq çərçivəsində Zaqatala təmsilçisi üç yoldaşlıq görüşü keçirib. İlk oyunda “Spartak-Nalçik” komandasına minimal hesabla məğlub olsa da, “Dila” ilə qarşılaşmalarda 3:3 və 1:1 hesablı heç-heçə qeydə alınıb.

Xəbər 698 dəfə oxundu.