Formula-2 üzrə qran prinin qayıq və pilotlarının təqdimatı oldu
6-7 iyulda Bakıda motorlu qayıqsürmə üzrə (Formula-2) qran-pri yarışı keçiriləcəkdir. İdman.com.az saytı xəbər verir ki, bu gün həmin tədbirlə bağlı Dənizkənarı Milli Parkda qayıqların və pilotların təqdimatı keçirildi.
Toplantıda gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov və Azərbaycan Motorlu Qayıq Federasiyasının prezidenti İbrahim Nehrəmli KİV-ə müsahibə verdilər, komandalara uğurlar arzuladılar.

Yarışda Azərbaycanı təmsil edəcək Conas Andersson qran-priyə ciddi hazırlaşdığını diqqətə çatdırdı və turnirin gərgin idman mübarizəsi şəraitində keçəcəyini vurğuladı.

Qeyd edək ki, yarışda Azərbaycanla yanaşı, İsveç, Avstriya, Böyük Britaniya, Norveç, Latviya, Almaniya, Cənubi Afrika Respublikası, İtaliya, Rusiya və Macarıstan idmançıları da birincilik uğrunda mübarizə aparacaqlar.

Xəbər 1465 dəfə oxundu.