Həmyerlimizin başçılıq etdiyi komanda Skandinaviyada 3-cü olub
İsveçdə 15 yaşlı futbolçular arasında "Örebro KAP" beynəlxalq turniri keçirilb. İdman.com.az saytı xəbər verir ki, meydan sahibləri ilə yanaşı, Norveç, Danimarka, Finlandiya və Estoniyanın qatıldığı yarışda qalib adını yerli "ÖSK Elit" klubu qazanıb. Gümüş medallar Stokholm "Aspudin"in olub. Həmyerlimiz Valeh Qafarovun baş məşqçilik etdiyi "ÖSK 2" komandası 3-cü yer tutub.

Turnirə ümumən 400 Skandinaviya kollektivi qatılıb. Birinciliyi "ÖSK Elit" komandasının təmin edəcəyi proqnozlaşdırılmadığı kimi, fevral ayında Bakı səfərindən qayıtdıqdan sonra, "ÖSK 2" komandasına baş məçqçi təyin edilmiş Valeh Qafarovun turnirin üçüncüsü ola biləcəyi də gözlənilmirdi. Komanda rəhbərliyinin tələbi, sadəcə, yarışı sonuncu pillədə başa vurmamaq idi. Səbəb, "ÖSK Elit"ə güclü, Valeh Qafarovun "ÖSK 2" komandasına isə ehtiyat oyunçuların verilməsi idi.

Ağasəlim Mircavadovun rəhbərliyi ilə Azərbaycanın 15 yaşlılar yığmasında çıxış etmiş Valeh Qafarov, İsveçin15 yaşlılarına rəhbərlik edən ən yaxşı məşqçiləri siyahısına liderlik etməyi bacarır. Hada İsveç qərb zonasında 15 yaşlılar arasında keçirilən çempionatın birincisi Valeh Qafarovdur. Cempionatın ilk yarısı başa çatıb və Qafarovun komandası 19 xalla ikinci pillədə qərarlaşan "Karlskuqa" və üçüncü pillədə eyni xalla mövqe tutan "Helleforş" komandalarını (18 xal) 1 xal fərqiylə qabaqlayır.

Həmvətənimizlə söhbət zamanı məlum olub ki, Danimarkada başlayacaq 16 yaşlılar arası turnirdə İsveçi Valeh Qafarovun rəhbərlik etdiyi 15 yaşlılardan ibarət komanda təmsil edəcək. Belə bir turnirə daha az yaşlılarla qatılmağa qərar verən isveçlilər, Qafarovun komandaya gəlişindən sonra əldə edilən yüksək nəticələri nəzərə alıblar.

İspaniyanın Valensiya klubları ilə baxış məqsədli yoldaşlıq görüşləri təklifi alan "ÖSK 2" futbolçularından bir neçəsi turnirin bitməsinin ardından, İsveç 15 yaşlılardan ibarət yığmasına dəvət ediliblər.

Mansur, Stokholm

Xəbər 1191 dəfə oxundu.