Oyunçu səfərdə meydana çıxa bilər
“Mariehamn”la dünən keçirilən oyunda zədə alan “İnter”in aparıcı oyunçusu Asif Məmmədovun son durumu müəyyənləşib. Belə ki, futbolçu az öncə müayinədən keçib. “İnter”in aparıcı futbolçusunun zədəsinin ciddi olmadığı müəyyənləşib. Oyunçu ola bilsin ki, səfərdə meydana çıxsın. Müalicəsinin 3-4 gün davam edəcəyi bildirilir.

Qeyd edək ki, “Mariehamn” – “İnter” oyunu iyulun 11-də Finlandiyada baş tutacaq.

Xəbər 765 dəfə oxundu.