"Real Madrid" yeni oyunçu transfer edəcək
"Real Madrid" klubu Asyer İlyaramendini transfer etmək niyyətindədir.

Florentino Peres futbolçuya görə bask klubunun rəhbərliyi ilə danışıqlara başlayıb. İlyaramendinin keçidi yaxın 72 saat ərzində rəsmi açıqlana bilər. Transferin qiyməti isə 30 milyon avro təşkil edəcək.

Bask klubunun futbolçuları bu yay komandanı tərk etməyəcəklərinə dair söz versələr də, İlyaramendi Madrid "Real"ında oynamaq istədiyini bildirib.

Xəbər 1206 dəfə oxundu.