İdmançılarımız xüsusi olimpiya oyunlarında 14 medal qazanıblar

Afinada başa çatmış Ümumdünya Yay Xüsusi Olimpiya Oyunlarında Azərbaycan idmançıları 14 medal qazanıblar. Azərbaycan Xüsusi Olimpiya Komitəsindən verilən məlumata görə, Teymur Kərimov və İlqar Zöhrayev badminton üzrə tək yarışlarda qızıl medallar, qoşa yarışlarda isə bürünc medal qazanıblar. Dünya Həmidli gümüş medala layiq görülüb.
Stolüstü tennis üzrə tək yarışlarda Rüfət Cabbarov çempion olub, Vəfadar Vəliyev və Günay Səmədova gümüş medallar qazanıb, qoşa yarışlarda isə Gültəkin Qarayeva - Günay Səmədova dueti bürünc medala sahib olublar.
Rəşad Axundov 100 metr məsafəyə brass üsulu ilə üzməkdə qızıl medal, sərbəst üsulla üzməkdə gümüş medal qazanıb. Sofiya Hüseynova arxası üstə üzməkdə üçüncü yeri tutub.
Futbolçu qızların yarışında komandamız finalda Rusiya yığmasına uduzaraq ikinci yeri tutub.

AzərTAc

Xəbər 1102 dəfə oxundu.