Yığıtcan Turna Uşak Sportifdə
Beko Basketbol Liqasına daxil olan yeni Uşak Sportif qrupu heyətinə yeni oyunçu qatıb.

İdman.com.az saytının məlumatına görə, qrupun meneceri Fatihhan Erdoğan yeni mövsüm üçün transfer işlərini davam etdirdiklərini bildirib. Menecer 26 yaşlı gənc oyunçu Yiğitcan Turna ilə razılaşdıqlarını təsdiqləyib.

Heyətlərindəki amerikalı oyunçu Jastin Antoni Karterin müqaviləsinin daha bir il də uzatdıqlarını bildirən Ərdoğan, daxili və xarici transfer danışıqlarının davam etdiyini qeyd edib.


Aynurə Pənahqızı

Xəbər 1172 dəfə oxundu.