Oyunçu birinci divizionda
Azərbaycan milli komandasının sabiq üzvü, vaxtilə elitanın iddialı klublarında oynamış Murad Ağakişiyev indi heç bir yüksək liqa klubuna lazım deyil. Son olaraq, “Turan”ın şərəfini qorumuş oyunçu indi birinci divizionda oynamağa məhkumdur.

Onun xidmətində “Qaradağ Lökbatan” maraqlıdır. Baş məşqçi Adil Mahmudov yarımmüdafiə xəttinə bir təcrübəli oyunçu almağı düşünür. Onun siyahısının ilk pilləsində məhz Muradın adı var.

Xəbər 929 dəfə oxundu.