“Anji” futbolçusunu buraxmaq istəmir
“Sumqayıt” gənc yarımmüdafiəçi Məhəmməd Mirzəbəyov mövzusunda Rusiyanın “Anji” klubu ilə danışıqlarını davam etdirir. Məsələdə yekun qərarın iyunun 28-də veriləcəyi gözlənilsə də, bu, baş tutmadı. İş ondadır ki, “Sumqayıt” ötən mövsüm icarəyə götürdüyü və xeyrini gördüyü Mirzəbəyovun transfer hüquqlarına birdəfəlik sahib çıxmaq istəyir. Məhəmməd də “Sumqayıt”da oynamaq istəyir. Amma “Anji” futbolçusunu tam rahat şəkildə buraxmaq istəmir. Ona görə də danışıq mərhələsi uzanır. “Sumqayıt”ın mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov Futbol11.az saytına açıqlamasında deyib ki, məsələdə yaxın günlərdə nəticə olmalıdır.

Qeyd edək ki, “Sumqayıt” qarşıdakı mövsümdə Məhəmməddən istifadə edib daha sonra onu yaxşı qiymətə satmağı düşünür. Futbolçunun xidmətində indi də bir neçə klub maraqlıdır.

Xəbər 992 dəfə oxundu.