“İnter” - “Mariehamn” oyunu heç-heçə başa çatıb
İyulun 4-də futbol üzrə Avropa Liqasının birinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Bakının “İnter” komandası Finlandiyanın “Mariehamn” kollektivini qəbul edib.

Azərbaycandakı Bayıl stadionunda keçirilən oyunun 7-ci dəqiqəsində “İnter”in futbolçusu Asif Məmmədov hesabı açıb. Matçın ilk hissəsi Bakı təmsilçisinin minimal üstünlüyü ilə yekunlaşıb – 1:0.

Fasilədən sonra oyunun 72-ci dəqiqəsində “Mariehamn” komandasının oyunçusu Adlam Alanzo hesabı bərabərləşdirib.
Beləliklə, litvalı baş hakim Sergeyus Slivanın idarə etdiyi oyun heç-heçə başa çatıb – 1:1.

Komandalar arasında cavab oyunu bir həftə sonra Finlandiya keçiriləcək.

Xəbər 859 dəfə oxundu.