«Qırmızı şeytanlar» Salehi təqib edir
«Mançester Yunayted» 20-yaşlıların dünya çempionatında özünü göstərə bilən «Fənərbağça»nın gənc ulduzu Saleh Uçanı yaxından izləyir.

İngilis «The Sunn» və «Daily Star» qəzetlərində verilən xəbərlərə görə, keçən mövsümü çempion olaraq tamamlayan «Qırmızı şeytanlar», 19 yaşlı perspektivli yarımmüdafiəçini transfer etmək üçün, müqaviləsində yer alan 17,1 milyon funtluq buraxılış qiymətini gözdən çıxarmalıdır.

İdman.com.az saytı xəbər verir ki, Salehin 20-yaşlıların dünya çempionatında yarışan Türkiyə millisində forma geyindiyi xatırlanan xəbərdə futbolçunun keçən il 24 matçda 4 qol vurduğu qeyd edilir.

Xəbər 1009 dəfə oxundu.