“İnter” üstünlüyünü əldən verdi
Bu gün Avropa Liqasının I təsnifat mərhələsinin növbəti ilk oyunları keçirildi. İdman.com.az saytı xəbər verir ki, “Qarabağ” və “Xəzər Lənkəran” klublarının ardından “İnter” də mübarizəyə qoşuldu.

“Bankçılar” doğma divarlar arasında Finlandiya “Mariehamn” komandası ilə qarşılaşdı. Ev sahibi üstün oyun nümayiş etdirməsinə baxmayaraq, qələbə imkanını sonadək qoruya bilmədi. Matç heç-heçə başa çatdı – 1:1.

Qeyd edək ki, bu kollektivlər arasındakı cavab göruşu iyulun 11-də rəqib meydanda baş tutacaq.

Avropa Liqası, I təsnifat mərhələsi
4 iyul, gümə axşamı
İlk oyun

“İnter” – “Mariehamn” - 1:1
Qol: Asif Məmmədov, 7 - Petteri Yokihaara, 72

Xəbər 978 dəfə oxundu.