Klaudio "Bavariya"nı tərk etməyəcək
Peru millisinin hücumçusu Klaudio Pizarro "Bavariya"nı tərk etməyəcək.

34 yaşlı hücumçu Münhen klubu ilə yeni müqavilə imzalayıb. Sözləşməyə əsasən, Pizarro daha bir il münhenlilərin şərəfini qoruyacaq.

Qeyd edək ki, Pizarro ilk dəfə 2001-2007-ci illər aralığında "Bavariya"nın şərəfini qoruyub. 2012-ci ildə isə o yenidən komandaya qayıdıb.

Xəbər 766 dəfə oxundu.