“Mariehamn” klubu artıq Azərbaycandadır
Finlandiyanın “Mariehamn” klubu ötən gündən Azərbaycandadır. Bu gün Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Bakıda “İnter”in qonağı olacaq komanda ölkəmizə 15 futbolçu ilə təşrif buyurub.

Baş məşqçi Pekka Liiski gətirdiyi oyunçuların ilk oyun üçün yetərli olacağı qənaətindədi. Komanda ilə yanaşı Azərbaycana dörd finlandiyalı jurnalist də gəlib.

Qeyd edək ki, “İnter” – “Mariehamn” oyunu bu gün “Bayıl Arena”da keçiriləcək və saat 21:00-da start götürəcək.

Xəbər 639 dəfə oxundu.