Soltan Londona vəsiqə qazanan ilk boksçumuz oldu
Milli komandamızın üzvü Soltan Migitinov 2012-ci ildə keçiriləcək London olimpiadasında iştirak edəcək.
Boksçumuz WSB liqasının fərdi reytinqində 73 kq çəki dərəcəsində 2-ci olub. Ancaq o, Çin Xalq Respublikasında keçirilən həlledici döyüşdə ukraynalı Sergey Derevyançenkoya uduzmuşdu. Maraqlıdır ki, Ukrayna Boks Federasiyası Derevyançenkonu olimpiadaya göndərməkdən imtina edib. Ukraynalılar planetin ən böyük yarışında 75 kq çəki dərəcəsində daha güclü boksçu ilə təmsil olunmaq niyyətindədirlər. Bu səbəbdən, lisenziya fərdi yarışlarda 2-ci olmuş Migitinova verilib. Artıq Azərbaycan Boks Federasiyası (ABF) və Milli Olimpiya Komitəsinə (MOK) bu haqda rəsmi məlumat verilib. Qaydalara əsasən, sentyabrda Bakıda keçiriləcək dünya çempionatında 75 kq-da ölkəmizi heç kim təmsil etməyəcək.


Xəbər 1254 dəfə oxundu.