Elhad Nəzirin Rumıniyada daha bir kubok qazana bilər
Azərbaycan milli komandasının üzvü Elhad Nəziri 6 aydır ki, oynadığı Rumıniya çempionatında ikinci kubokunu qazanmağın bir addımlığındadır. Belə ki, “Petrolul” klubunun heyətində Rumıniya Kubokunun qalibi olan Elhad bu dəfə Superkuboka sahib çıxa bilər. Onun komandası Superkubok uğrunda baş tutacaq oyunda “Styaua” ilə üz-üzə gələcək. Oyun isə iyulun 10-da Rumıniyanın mərkəzi stadionunda reallaşacaq.


Xəbər 1208 dəfə oxundu.