“Simurq” növbəti yoxlama oyunu keçirib
Türkiyədə növbəti mövsümə hazırlaşan Zaqatalanın “Simurq” futbol komandası təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyununu keçirib.

Zaqatala təmsilçisi Gürcüstanın “Dila” komandası ilə qarşılaşıb.
“Green Park” otelinin meydançasında keçirilən oyun heç-heçə ilə yekunlaşmışdır – 3:3. “Simurq”un qollarını Lukas Bayer (2 top) və Taqim Novruzov vurublar.

Qeyd edək ki, “Simurq” Türkiyə toplanışı çərçivəsində ilk yoxlama oyununda Rusiyanın “Spartak” (Nalçik) klubuna 0:1 hesabı ilə uduzub.

Xəbər 803 dəfə oxundu.